كَذَٰلِكَ مَآ أَتَى ٱلَّذِينَ مِن قَبۡلِهِم مِّن رَّسُولٍ إِلَّا قَالُواْ سَاحِرٌ أَوۡ مَجۡنُونٌ ٥٢
Kadhālika mā atal-ladhīna min qablihim mir rasūlin illā qālū sāhirun aw majnūn
Beləcə, onlardan (Məkkə müşriklərindən) əvvəlkilərə də elə bir elçi gəlmədi ki, (ona:) “Sehrbazdır, ya da dəlidir!”– deməsinlər.
Təfsir
Məkkə əhli haqqı yalan saydıqları kimi, əvvəlki ümmtlər də, haqqı yalan saymışdılar. Allahın onlara göndərdiyi elə bir elçi gəlmədi ki, onun barəsində: “O, sehrbazdır, ya da dəlidir!” – deməsinlər.