Adh-Dhariyat surəsi, ayə 35

51:35

فَأَخۡرَجۡنَا مَن كَانَ فِيهَا مِنَ ٱلۡمُؤۡمِنِينَ ٣٥

Fa akhrajnā man kāna fīhā minal-mu'minīn

Biz orada olan möminləri (o kənddən) çıxartdıq.

Təfsir

Biz Lut qövmünün yaşadığı kənddəki mömin­ləri oradan çıxartdıq ki, günahkarların düçar olacaqları əzaba düçar olmasınlar.