إِذۡ دَخَلُواْ عَلَيۡهِ فَقَالُواْ سَلَٰمٗاۖ قَالَ سَلَٰمٞ قَوۡمٞ مُّنكَرُونَ ٢٥
Idh dakhalū 'alayhi faqālū salāman qāla salāmun qawmum munkarūn
Onlar İbrahimin yanına daxil olub: “(Sənə) salam olsun!”– dedilər. (İbrahim:) “Sizə də salam olsun! Siz yad kimsələrsiz!”– dedi.
Təfsir
Onlar İbrahimin yanına daxil olduqları zaman dedilər: “Sənə salam olsun!” İbrahim də onlara belə cavab verdi: “Sizə də salam olsun!" Sonra o öz-özünə: "Bunlar tanımadığımız adamlardır!” – dedi.