إِنَّ يَوۡمَ ٱلۡفَصۡلِ مِيقَٰتُهُمۡ أَجۡمَعِينَ ٤٠
Inna yawmal-fasli mīqātuhum ajma'īn
Şübhəsiz ki, ayırd etmə günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır.
Təfsir
Şübhəsiz ki, Allahın qulları arasında ayırd etmə günü - qiyamət günü yaradılanların hamısı üçün müəyyən olunmuş vaxtdır ki, həmin vaxt Allah onları bir yerə toplayacaqdır.