Ad-Dukhan surəsi, ayə 17

44:17

۞ وَلَقَدۡ فَتَنَّا قَبۡلَهُمۡ قَوۡمَ فِرۡعَوۡنَ وَجَآءَهُمۡ رَسُولٞ كَرِيمٌ ١٧

Walaqad fatannā qablahum qawma fir'awna wajā'ahum rasūlun karīm

Biz onlardan əvvəl Firon qövmünü imtahana çəkdik. Onlara hörmətli bir elçi (Musa) gəldi.

Təfsir

Biz onlardan əvvəl Firo­n qövmünü imtahana çəkmişdik. Onlara Allah tərəfindən dəyərli bir elçi - Musa (aleyhissəlam) gəlib onları Allahın təkliyini qəbul etməyə və Ona ibadət etməyə dəvət etmişdi.