إِذۡ قَالُواْ لَيُوسُفُ وَأَخُوهُ أَحَبُّ إِلَىٰٓ أَبِينَا مِنَّا وَنَحۡنُ عُصۡبَةٌ إِنَّ أَبَانَا لَفِي ضَلَٰلٖ مُّبِينٍ ٨
Idh qālū layūsufu wa akhūhu ahabbu ilā abīnā minnā wanahnu 'usbatun inna abānā lafī dalālim mubīn
Bir vaxt (Yusifin qardaşları) belə demişdilər: “Biz (güclü) bir dəstə olduğumuz halda, Yusif və onun (doğma) qardaşı (Binyamin) atamıza bizdən daha sevimlidir. Həqiqətən atamız açıq- aşkar yanlışlıq içindədir”.
Təfsir
Bir zaman Yusifin qardaşları öz aralarında belə dedilər: "Biz sayca çox bir cammat olmağımıza baxmayaraq Yusif və onun doğma qardaşı atamıza bizdən daha sevimlidir. Axı atamız o ikisini bizdən necə üstün tutur bilər? Şübhəsiz ki biz, heç bir səbəb olmadan atamızın o ikisini bizdən üstün tutduğuna görə onun açıq-aşkar bir yanlışlıq içində olduğunu görürük".