قَالَ يَٰبُنَيَّ لَا تَقۡصُصۡ رُءۡيَاكَ عَلَىٰٓ إِخۡوَتِكَ فَيَكِيدُواْ لَكَ كَيۡدًاۖ إِنَّ ٱلشَّيۡطَٰنَ لِلۡإِنسَٰنِ عَدُوّٞ مُّبِينٞ ٥
Qāla yābunayya lā taqsus ru'yāka 'alā ikhwatika fayakīdū laka kaydan innash-shaytāna lil-insāni 'aduwwum mubīn
(Yəqub) dedi: “Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa onlar sənə qarşı hiylə qurarlar. Çünki şeytan insanın açıq-aydın düşmənidir.
Təfsir
Yəqub, oğlu Yusifə belə dedi: "Oğlum! Nəbadə yuxunu qardaşlarına danışasan, yoxsa onlar yuxunun yozmunu anlayıb sənə paxıllıq edər və bu üzdən sənə qarşı hiylə qurarlar. Həqiqətən, şeytan insana açıq-aydın ədavət bəsləyən bir düşmənidir.