قَالُوٓاْ أَضۡغَٰثُ أَحۡلَٰمٖۖ وَمَا نَحۡنُ بِتَأۡوِيلِ ٱلۡأَحۡلَٰمِ بِعَٰلِمِينَ ٤٤
Qālū adghāthu ahlāmin wamā nahnu bita'wīlil-ahlāmi bi'ālimīn
(Əyanlar) dedilər: “(Bu,) qarmaqarışıq yuxulardır. Biz belə yuxuların yozumunu bilmirik”.
Təfsir
Onlar dedilər: "Gördüyün bu yuxu, qarmaqarışıq yuxulardır. Belə yuxuların yozumunu bizdə yoxdur. Biz qarmaqarışıq olan yuxuların yozumunu bilmirik".