Yusuf surəsi, ayə 3

12:3

نَحۡنُ نَقُصُّ عَلَيۡكَ أَحۡسَنَ ٱلۡقَصَصِ بِمَآ أَوۡحَيۡنَآ إِلَيۡكَ هَٰذَا ٱلۡقُرۡءَانَ وَإِن كُنتَ مِن قَبۡلِهِۦ لَمِنَ ٱلۡغَٰفِلِينَ ٣

Nahnu naqussu 'alayka ahsanal-qasasi bimā awhaynā ilayka hādhal-qur'āna wa in kunta min qablihī laminal-ghāfilīn

Biz bu Quranı sənə vəhy etməklə, sənə ən gözəl hekayəti danışırıq. Halbuki, daha öncə sən bundan xəbərsiz idin.

Təfsir

Ey Peyğəmbər! Biz bu Quranı sənə nazil et­məklə, doğruluğuna, ləfzlərinin gözəl düzülüşünə və bəlağətinə görə qissələrin ən gözəlini sənə danışırıq. Hal­buki, bu Quran nazil edilməzdən əvvəl sən bu qissədən xəbərsiz idin və bu haqda heç bir biliyə sahib deyildin.