فَلَمَّا جَآءَهُمُ ٱلۡحَقُّ مِنۡ عِندِنَا قَالُوٓاْ إِنَّ هَٰذَا لَسِحۡرٞ مُّبِينٞ ٧٦
Falammā jā'ahumul-haqqu min 'indinā qālū inna hādhā lasihrum mubīn
Bizim tərəfdən onlara haqq gəldikdə isə: “Şübhəsiz ki, bu, açıq-aydın bir sehrdir!”– dedilər.
Təfsir
Fironuna və Fironun qövmündən olan zadəganlara, Musa və Harunun –aleyhiməssəlam – onlara gətirdiyi din gəldikdə, onlar Musanın gətirdiyi dinin doğru bir din olduğuna dəlalət edən möcüzələrə: "Şübhəsiz ki, bu, haqq deyil, bu, açıq-aydın bir sehrdir!" – dedilər.