وَإِمَّا نُرِيَنَّكَ بَعۡضَ ٱلَّذِي نَعِدُهُمۡ أَوۡ نَتَوَفَّيَنَّكَ فَإِلَيۡنَا مَرۡجِعُهُمۡ ثُمَّ ٱللَّهُ شَهِيدٌ عَلَىٰ مَا يَفۡعَلُونَ ٤٦
Wa immā nuriyannaka ba'dal-ladhī na'iduhum aw natawaffayannaka fa ilaynā marji'uhum thummallāhu shahīdun 'alā mā yaf'alūn
Onlara vəd etdiyimiz (əzabın) bəzisini sənə (dünyada) göstərsək və yaxud da (göstərmədən öncə) səni öldürsək, yenə də onların dönüşü Bizədir. Sonra, Allah onların nə etdiklərinə Şahiddir.
Təfsir
Ey Peyğəmbər! Biz sən ölməzdən əvvəl onlara vəd etdiyimiz əzabın bəzisini sənə göstərsək və yaxud da göstərmədən öncə səni öldürsək, Qiyamət günü hər iki halda yenə də onların dönüşü Bizədir. Sonra da Allah onların nələr etdiyini özlərinə xəbər verəcək, Ona heç bir şey qizli qalmaz. Allah Qiyamət günü onların dünyada ikən etdikləri əməllərin əvəzini verəcəkdir.