Yasin surəsi, ayə 9

36:9

وَجَعَلۡنَا مِنۢ بَيۡنِ أَيۡدِيهِمۡ سَدّٗا وَمِنۡ خَلۡفِهِمۡ سَدّٗا فَأَغۡشَيۡنَٰهُمۡ فَهُمۡ لَا يُبۡصِرُونَ ٩

Waja'alnā mim bayni aydīhim saddan wamin khalfihim saddan fa aghshaynāhum fahum lā yubsirūn

Biz onların önlərindən bir sədd, arxalarından da bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar (haqqı) görməzlər.

Təfsir

Biz haqq ilə onların arasına, önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pər­də saldıq. Buna görə də onlar haqqı özlərinə fayda verəcək bir şəkildə görə bilmirlər. Onlar inadkarlıq göstərdikdən və küfr etməkdə israrlı olduqdan sonra bu vəziyyətə qaldılar.