قُلۡ يُحۡيِيهَا ٱلَّذِيٓ أَنشَأَهَآ أَوَّلَ مَرَّةٖۖ وَهُوَ بِكُلِّ خَلۡقٍ عَلِيمٌ ٧٩
Qul yuhyīhal-ladhī ansha'ahā awwala marratin wahuwa bikulli khalqin 'alīm
De: “Onları ilk dəfə yaradan (Allah) dirildəcəkdir. O, hər bir məxluqu yaxşı tanıyandır.
Təfsir
Ey Muhəmməd, ona cavaba olaraq de: “Bu çürümüş sümükləri onları ilk dəfə yaradan dirildəcək. Onları ilk dəfə yaradan, yenidən onlara həyat verməkdən aciz qalmaz. Pak və müqəddəs Allah hər bir məxluqu yaxşı tanıyır. Onlardan heç bir şey Allaha gizli qalmaz.