Yasin surəsi, ayə 77

36:77

أَوَلَمۡ يَرَ ٱلۡإِنسَٰنُ أَنَّا خَلَقۡنَٰهُ مِن نُّطۡفَةٖ فَإِذَا هُوَ خَصِيمٞ مُّبِينٞ ٧٧

Awalam yaral-insānu annā khalaqnāhu min nutfatin fa idhā huwa khasīmum mubīn

Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir.

Təfsir

Ölümdən sonra dirilməni inkar edən insan, Bizim onu nütfə­dən yaratdığımızı, sonra, yaradılış mərhələlərindən keçib dünyaya gəldiyini və böyüyüb boya-başa çatdığını, sonra da, çox mübahisə və münaqişə edən birisinə çevrildiyini düşünmürmü?! Məgər bütün bunları görümür ki, ölümdən sonra dirilməni özü üçün isbat edə bilsin?!