Yasin surəsi, ayə 42

36:42

وَخَلَقۡنَا لَهُم مِّن مِّثۡلِهِۦ مَا يَرۡكَبُونَ ٤٢

Wakhalaqnā lahum mim mithlihī mā yarkabūn

Biz onlar üçün buna (Nuhun gəmisinə) bənzər (daha neçə-neçə) minik vasitəsi yaratdıq.

Təfsir

Onlar üçün Allahın vəhdaniyyətinə dəlalət edən dəlillərdən və Öz qullarına bəxş etdiyi nemətlərdən biri də, Bizim onlar üçün Nuhun gəmisinə bənzər daha neçə-neçə minik vasi­tələri yaratmağımızdır.