لَا ٱلشَّمۡسُ يَنۢبَغِي لَهَآ أَن تُدۡرِكَ ٱلۡقَمَرَ وَلَا ٱلَّيۡلُ سَابِقُ ٱلنَّهَارِۚ وَكُلّٞ فِي فَلَكٖ يَسۡبَحُونَ ٤٠
Lash-shamsu yambaghī lahā an tudrikal-qamara walal-laylu sābiqun-nahāri wakullun fī falakin yasbahūn
Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri öz yolu ilə hərəkət edər.
Təfsir
Günəş də, ay da, gecə də, gündüz də, Allahın təqdiri ilə müəyyən edilib və onlar özləri üçün müəyyə edilmiş (həddi) keçmirlər. Nə günəş ayın istiqamətini dəyişmək və onun nurunu aparmaq üçün ona çata bilər, nə də gecə gündüzü keçib onun vaxtı başa çatmamış ona qarışa bilər. Bu, ram edilmiş məxluqların, habelə, digər göy cisimlərinin və kəhkəşanların (ulduzlar sisteminin) hamısının, Allahın Öz təqdiri və mühafizəsi ilə onlar üçün müəyyən etdiyi, özlərinə məxsus hədəqəsi vardır.