وَءَايَةٞ لَّهُمُ ٱلۡأَرۡضُ ٱلۡمَيۡتَةُ أَحۡيَيۡنَٰهَا وَأَخۡرَجۡنَا مِنۡهَا حَبّٗا فَمِنۡهُ يَأۡكُلُونَ ٣٣
Wa āyatul lahumul-ardul-maytatu ahyaynāhā wa akhrajnā minhā habban faminhu ya'kulūn
Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan toxum (dənli bitkilər) çıxardırıq, onlar da ondan yeyirlər.
Təfsir
Dirilməni yalan hesab edənlərə, dirilmənin haqq olduğunu sübut edən dəlil budur ki, Biz bu qurumuş, məhsul verməyən torpağa göydən yağış nazil edib orada növbənöv bitkilər yetişdirir və oradan çeşid-çeşid toxumlar çıxardırıq ki, insanlar ondan yesinlər. Belə torpağa yağış nazil edib orada bitkilər yetişdirməklə onu dirildən Allah, ölüləri də dirildib (məhşərə) gətəriməyə qadirdir.