أَلَمۡ يَرَوۡاْ كَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّنَ ٱلۡقُرُونِ أَنَّهُمۡ إِلَيۡهِمۡ لَا يَرۡجِعُونَ ٣١
Alam yaraw kam ahlaknā qablahum minal-qurūni annahum ilayhim lā yarji'ūn
Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və onların bir daha geriyə (dünyaya) öz yanlarına qayıtmadığını görmürlərmi?!
Təfsir
Məgər peyğəmbərləri yalançı sayan və onlara istehza edənlər özlərindən əvvəlki ümmətlərin başına gələnlərdən ibrət almırlarmı?! Onlar artıq həlak olmuşlar və bir daha bu dünyaya qayıtmayacaqlar. Əksinə, dünyada etdikləri əməllərə görə cavab verəcəklər və Allah onlara etdikləri əməllərin əvəzini verəcək.