Yasin surəsi, ayə 28

36:28

۞ وَمَآ أَنزَلۡنَا عَلَىٰ قَوۡمِهِۦ مِنۢ بَعۡدِهِۦ مِن جُندٖ مِّنَ ٱلسَّمَآءِ وَمَا كُنَّا مُنزِلِينَ ٢٨

Wamā anzalnā 'alā qawmihī mim ba'dihī min jundim minas-samā'i wamā kunnā munzilīn

Biz ondan (Həbib bin Musa ən-Nəccardan) sonra qövmünün üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik.

Təfsir

Biz onu yalançı sayıb qətlə yetirmiş qövmünü məhv etmək üçün onların üstünə göydən mələklərdən ibarət bir qoşun göndər­mədik. Biz hər hansı bir qövmü məhv etmək istədikdə, onların məhv edilməsi üçün mələklər göndərməyə ehtiyada yoxdur. Onların məhv edilməsi Bizim üçün bundan daha asandır. Biz onların üzərinə əzab mələklərini göndərməklə deyil, göydən gələn bir səslə məhv etməyi qərar verdik.