Yasin surəsi, ayə 23

36:23

ءَأَتَّخِذُ مِن دُونِهِۦٓ ءَالِهَةً إِن يُرِدۡنِ ٱلرَّحۡمَٰنُ بِضُرّٖ لَّا تُغۡنِ عَنِّي شَفَٰعَتُهُمۡ شَيۡـٔٗا وَلَا يُنقِذُونِ ٢٣

A'attakhidhu min dūnihī ālihatan in yuridnir-rahmānu bidurril lā tughni 'annī shafā'atuhum shay'an walā yunqidhūn

Mən heç Ondan başqa ilahlar qəbul edərəmmi?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər.

Təfsir

Mən heç məni yaradan Allahdan başqa ibadət olunmağa haqqı çatmayan məbudlar qəbul edərəmmi?! Əgər Mərhəmətli Allah mənə bir zərər ye­tirmək istəsə, o məbudların şə­faəti mə­nə heç bir fay­da ver­məz. Belə ki, onlar mənə nə fayda verməyə, nə də zərər vurmağa qadirdirlər. Və əgər Allah mənim küfr üzərində ölməyimə hökm vermişdirsə, on­lar məni Allahın istədiyindən xilas edə bilməzlər.