فَأُلۡقِيَ ٱلسَّحَرَةُ سُجَّدٗا قَالُوٓاْ ءَامَنَّا بِرَبِّ هَٰرُونَ وَمُوسَىٰ ٧٠
Fa ulqiyas-saharatu sujjadan qālū āmannā birabbi hārūna wamūsā
Sehrbazlar səcdəyə qapanıb dedilər: “Biz Harunun və Musanın Rəbbinə iman gətirdik!”
Təfsir
Musa əsasını yerə atan kimi o bir ilan dönüb sehrbazların iplərini, kəndirlərini və dəyənəklərini uddu. Buna şahid olan sehrbazlar Musanın etdiyinin heç də sehr olmadığını, əksinə, bunun, Allah tərəfindən olduğunu anlayıb Uca Allaha səcdə edərək: "Biz Musanın, Harunun və bütün məxluqatın Rəbbinə iman gətirdik!" – dedilər.