ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ مَهۡدٗا وَسَلَكَ لَكُمۡ فِيهَا سُبُلٗا وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجۡنَا بِهِۦٓ أَزۡوَٰجٗا مِّن نَّبَاتٖ شَتَّىٰ ٥٣
Alladhī ja'ala lakumul-arda mahdan wasalaka lakum fīhā subulan wa anzala minas-samā'i mā'an fa akhrajnā bihī azwājam min nabātin shattā
O, yer üzünü sizin üçün beşik etmiş, orada sizin üçün yollar salmış və göydən su endirmişdir. Biz onunla cürbəcür bitkilərdən cüt-cüt yetişdirdik.
Təfsir
Yer üzündə yaşamanız üçün oranı əlverişli edən, gəzib-dolaşmanız üçün orada yollar salan, göydən su endirən və bu su vasitəsi ilə yer üzündə sizin üçün müxtəlif növ bitkilər yetişdirən Rəbbimdir.