إِنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٌ أَكَادُ أُخۡفِيهَا لِتُجۡزَىٰ كُلُّ نَفۡسِۭ بِمَا تَسۡعَىٰ ١٥
Innas-sā'ata ātiyatun akādu ukhfīhā litujzā kullu nafsi bimā tas'ā
Qiyamət saatı mütləq gələcəkdir! Hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, Mən onu az qala (Özümdən belə) gizlədirəm.
Təfsir
Şübhəsiz ki, Qiyamət saatı vaqe olacaqdır. Buna əsla şəkk-şübhə ola bilməz. Heç bir məxluqun onun vaxtını bilməsin deyə az qala onun vaqe olacağı vaxtı gizlədim. Lakin insanlar peyğəmbərin onlara Qiyamət saatının vaqe olacağı barədə xəbər verməsindən dolayı onun əlamətlərini bilirlər. Qiyamət saatı qopduqda isə hər kəs dünyada etdiyi xeyir və şər əməllərinin əvəzini (mükafatını və ya cəzasını) alacaqdır.