وَكَذَٰلِكَ نَجۡزِي مَنۡ أَسۡرَفَ وَلَمۡ يُؤۡمِنۢ بِـَٔايَٰتِ رَبِّهِۦۚ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَشَدُّ وَأَبۡقَىٰٓ ١٢٧
Wakadhālika najzī man asrafa walam yu'mim bi'āyāti rabbihī wala'adhābul-ākhirati ashaddu wa abqā
Biz həddi aşanı və Rəbbinin ayələrinə inanmayanı belə cəzalandırırıq. Axirət əzabı isə, daha şiddətli və daha davamlıdır.
Təfsir
Biz, haram olan şəhvətlərə dalıb və Rəbbinin aşıq-aydın dəlillərinə iman etməkdən üz çevirib, onlara inanmayanı belə cəzalandırırıq. Uca Allahın axirətdəki əzabı isə, dünya və bərzəx aləmindəki sıxıntılı yaşantıdan daha qorxunc, daha şiddətli və daha davamlı olacaqdır.