Taha surəsi, ayə 116

20:116

وَإِذۡ قُلۡنَا لِلۡمَلَٰٓئِكَةِ ٱسۡجُدُواْ لِأٓدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبۡلِيسَ أَبَىٰ ١١٦

Wa idh qulnā lil-malā'ikatisjudū li'ādama fasajadū illā iblīsa abā

Bir zaman mələklərə: “Adəmə (hörmət əlaməti olaraq) səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, (səcdə etməkdən) imtina etdi.

Təfsir

Ey Peyğəmbər! Yadına sal ki, Biz bir zaman mələk­lə­rə: "Adəmə salam məqsədilə səcdə edin!" – de­mişdik. Mələklərlə birğə olan, amma onlardan olmayan İb­lisdən başqa mələklərin hamısı Allahın əmrinə tabe olaraq salam məqsədilə Adəmə səcdə etdi. İblis isə təkəbbürlük edərək və lovğalanaraq səcdə etməkdən imtina etdi.