أَجَعَلَ ٱلۡأٓلِهَةَ إِلَٰهٗا وَٰحِدًاۖ إِنَّ هَٰذَا لَشَيۡءٌ عُجَابٞ ٥
Aja'alal-ālihata ilāhan wāhidan inna hādhā lashay'un 'ujāb
O, ilahları tək bir ilahmı etdi?! Həqiqətən, bu, əcaib bir şeydir”.
Təfsir
Bu adam bir neçə məbudu, heç bir şəriki olmayan bir məbudmu etdi?! Həqiqətən, onun gördüyü bu iş, olduqca əcaib bir işdir.”