وَإِنَّهُمۡ عِندَنَا لَمِنَ ٱلۡمُصۡطَفَيۡنَ ٱلۡأَخۡيَارِ ٤٧
Wa innahum 'indanā laminal-mustafaynal-akhyār
Həqiqətən, onlar Bizim yanımızda, seçilmiş ən yaxşı kimsələrdəndirlər.
Təfsir
Həqiqətən, onlar Bizim yanımızda, Bizə itaət və ibadət etmək, üstəlik, risalətimizi daşımaq və onu insanlara təbliğ etmək üçün seçdiyimiz ən yaxşı kimsələrdəndirlər.