Sad surəsi, ayə 29

38:29

كِتَٰبٌ أَنزَلۡنَٰهُ إِلَيۡكَ مُبَٰرَكٞ لِّيَدَّبَّرُوٓاْ ءَايَٰتِهِۦ وَلِيَتَذَكَّرَ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ ٢٩

Kitābun anzalnāhu ilayka mubārakul liyaddabbarū āyātihī waliyatadhakkara ulul-albāb

Bu (Quran), ayələrini düşünsünlər və ağıl sahibləri ibrət götürsünlər deyə sənə nazil etdiyimiz mübarək bir kitabdır.

Təfsir

Həqiqətən, bu Quran sənə nazil etdiyimiz xeyir və fayda ilə dolu bir Kitabdır ki, insanlar onun ayələrini araşdırıb mənaları barədə düşünsünlər və sağlam ağıl sahibləri də ondan ibrət götürsünlər.