وَمَا خَلَقۡنَا ٱلسَّمَآءَ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا بَٰطِلٗاۚ ذَٰلِكَ ظَنُّ ٱلَّذِينَ كَفَرُواْۚ فَوَيۡلٞ لِّلَّذِينَ كَفَرُواْ مِنَ ٱلنَّارِ ٢٧
Wamā khalaqnas-samā'a wal-arda wamā baynahumā bātilan dhālika zannul-ladhīna kafarū fawaylul lilladhīna kafarū minan-nār
Biz göyü, yeri və onların arasındakıları boş yerə xəlq etməmişik. Bu, kafirlərin zənnidir. Vay o kafirlərin Oddakı halına!
Təfsir
Biz göyü və yeri əbəs yerə yaratmamışıq. Bu, kafirlərin zənnidir. Əgər o kafirlər küfr etdikləri və Allah barədə pis zənnə qapıldıqları halda ölsələr, vay bu cür zənn edən o kafirlərin qiyamət günü Odda əzab çəkəcəkləri halına!