Saba surəsi, ayə 41

34:41

قَالُواْ سُبۡحَٰنَكَ أَنتَ وَلِيُّنَا مِن دُونِهِمۖ بَلۡ كَانُواْ يَعۡبُدُونَ ٱلۡجِنَّۖ أَكۡثَرُهُم بِهِم مُّؤۡمِنُونَ ٤١

Qālū subhānaka anta waliyyunā min dūnihim bal kānū ya'budūnal-jinna aktharuhum bihim mu'minūn

(Mələklər) deyəcəklər: “Sən paksan, müqəddəssən! Onlar deyil, Sənsən bizim Hamimiz! Xeyr, onlar cinlərə ibadət edirdilər. Əksəriyyəti də məhz onlara iman gətirmişdi”.

Təfsir

Mələklər deyəcəklər: “Sən paksan, müqəddəssən! Onlar de­yil, Sən­sən bi­zim Hamimiz! Bizimlə onların arasında heç bir bağlılıq yoxdur. Əksinə, o müşriklər şeytanlara iba­dət edir­dilər. Şeytanlar özlərini onlara mələk kimi göstərir və onlar da Allahı qoyub şeytanlara ibadət edirdilər. Ək­səriyyəti də məhz şeytanlara iman gətirmişdi.”