قُل لَّا تُسۡـَٔلُونَ عَمَّآ أَجۡرَمۡنَا وَلَا نُسۡـَٔلُ عَمَّا تَعۡمَلُونَ ٢٥
Qul lā tus'alūna 'ammā ajramnā walā nus'alu 'ammā ta'malūn
De: “Siz bizim etdiyimiz günahlara görə sorğu-sual edilməyəcəksiniz, biz də sizin etdiklərinizə görə sorğu-sual edilməyəcəyik.”
Təfsir
Ey Peyğəmbər, de: “Qiyamət günü nə siz bizim qazandığımız günahlara görə sorğu-sual ediləcəksiniz, nə də biz sizin etdiyiniz əməllərə görə sorğu-sual ediləyəcəyik.”