وَلَقَدۡ خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا فِي سِتَّةِ أَيَّامٖ وَمَا مَسَّنَا مِن لُّغُوبٖ ٣٨
Walaqad khalaqnas-samāwāti wal-arda wamā baynahumā fī sittati ayyāmin wamā massanā mil lughūb
Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq da toxunmadı.
Təfsir
Biz göyləri, yeri və onların arasında olanları bir anda yaratmağa qadir olduğumuz halda, altı gündə yaratdıq və yəhudilərin iddia etdiyi kimi, Bizə heç bir yorğunluq üz vermədi.