يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن تَنصُرُواْ ٱللَّهَ يَنصُرۡكُمۡ وَيُثَبِّتۡ أَقۡدَامَكُمۡ ٧
Yā'ayyuhal-ladhīna āmanū in tansurullāha yansurkum wayuthabbit aqdāmakum
Ey iman gətirənlər! Əgər siz Allaha (Onun dininə) kömək etsəniz, O da sizə kömək edər və qədəmlərinizi (döyüşdə və ya sirat körpüsündə) sabit edər.
Təfsir
Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Əgər siz Allahın peyğəmbərinə və Onun dininə kömək etməklə, habelə, kafirlərlə vuruşmaqla Allaha kömək göstərsəniz, O da sizə kafirlərə qalib gəlməyinizə kömək göstərər və döyüşdə onlarla qarşı-qarşıya gəldikdə ayaqlarınızı möhkəmlədər.