قَالَ كَذَٰلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَيَّ هَيِّنٞ وَقَدۡ خَلَقۡتُكَ مِن قَبۡلُ وَلَمۡ تَكُ شَيۡـٔٗا ٩
Qāla kadhālika qāla rabbuka huwa 'alayya hayyinun waqad khalaqtuka min qablu walam taku shay'ā
(Mələk) dedi: «Bu, belədir, lakin Rəbbin buyurdu: “Bu Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!”»
Təfsir
Mələk dedi: "Bəli, dediyin kimidir, həyat yoldaşın uşaq doğmayan sonsuz bir qadın, özün də ömrünün son həddinə çatıb, sümüklərin zəyifləyib, yaşa dolmuş bir insansan, lakin Rəbbin belə buyurdu: "Uca Allah üçün Yəhyanı sonsuz bir anadan və ömrümün son həddinə çatıb, qocalmış bir atadan xəlq etməsi asandır. Ey Zəkəriyya! Mən səni daha öncədən zikir edilən bir şey deyilkən yoxdan xəlq etmişdim!"