وَيَقُولُ ٱلۡإِنسَٰنُ أَءِذَا مَا مِتُّ لَسَوۡفَ أُخۡرَجُ حَيًّا ٦٦
Wayaqūlul-insānu a'idhā mā mittu lasawfa ukhraju hayyā
(Kafir) insan: “Doğrudanmı mən öldükdən sonra (qəbirdən) diri çıxardılacağam?”– deyir.
Təfsir
Öldükdən sonra yenidən dirilməyi inkar edən kafir insan istehza edərək belə deyir: "Doğrudanmı mən öldükdən sonra dirilib, qəbirimdən ikinci bir həyat üçün çıxarılacağam?! Şübhəsiz ki, bu ağıla sığmayan bir şeydir!".