لَّا يَسۡمَعُونَ فِيهَا لَغۡوًا إِلَّا سَلَٰمٗاۖ وَلَهُمۡ رِزۡقُهُمۡ فِيهَا بُكۡرَةٗ وَعَشِيّٗا ٦٢
Llā yasma'ūna fīhā laghwan illā salāman walahum rizquhum fīhā bukratan wa'ashiyyā
Onlar orada boş sözlər deyil, yalnız: “Salam!” eşidəcəklər. Orada onlar üçün səhər-axşam ruzilər vardır.
Təfsir
Onlar orada boş, faydasız və lağlağı sözlər eşitməzlər. Əksinə bir-birilərinə və mələklərin onlara verdikləri salamı eşidərlər. Orada könülləri istədiyi təamlar onlar üçün səhər-axşam gətiriləcəkdir.