فَلَمَّا ٱعۡتَزَلَهُمۡ وَمَا يَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ وَهَبۡنَا لَهُۥٓ إِسۡحَٰقَ وَيَعۡقُوبَۖ وَكُلّٗا جَعَلۡنَا نَبِيّٗا ٤٩
Falamma'tazalahum wamā ya'budūna min dūnillāhi wahabnā lahū ishāqa waya'qūba wakullan ja'alnā nabiyyā
İbrahim onları və onların Allahdan başqa ibadət etdiklərini tərk etdiyi zaman Biz ona İshaqı və Yəqubu bəxş etdik. Biz onların hər ikisini peyğəmbər etdik.
Təfsir
İbrahim onları və onların Allahdan başqa ibadət etdikləri bütləri tərk etdikdə, o, ailəsini Allah üçün tərk etdiyinə görə Biz də ona bunun əvəzində oğlu İshaqı və nəvəsi Yaqubu bəxş etdik. Biz onların hər ikisini də peyğəmbər etdik.