Maryam surəsi, ayə 44

19:44

يَٰٓأَبَتِ لَا تَعۡبُدِ ٱلشَّيۡطَٰنَۖ إِنَّ ٱلشَّيۡطَٰنَ كَانَ لِلرَّحۡمَٰنِ عَصِيّٗا ٤٤

Yā'abati lā ta'budish-shaytāna innash-shaytāna kāna lir-rahmāni 'asiyyā

Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Rəhmana asi oldu.

Təfsir

Atacan! Şeytana itaət edərək ona ibadət etmə! Çünki şeytana Adəmə səcdə etmək əmr edildikdə, əmrə müxalif olaraq Allaha çox asi ol­muşdur.