Maryam surəsi, ayə 21

19:21

قَالَ كَذَٰلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَيَّ هَيِّنٞۖ وَلِنَجۡعَلَهُۥٓ ءَايَةٗ لِّلنَّاسِ وَرَحۡمَةٗ مِّنَّاۚ وَكَانَ أَمۡرٗا مَّقۡضِيّٗا ٢١

Qāla kadhāliki qāla rabbuki huwa 'alayya hayyinun walinaj'alahū āyatal lin-nāsi warahmatam minnā wakāna amram maqdiyyā

(Mələk) dedi: «Bu belədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir ayə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. Bu, (əzəldən) hökmü verilmiş bir işdir”».

Təfsir

Cəb­raili - aleyhissəlam - Məryəmə dedi: "Bəli, həqiqət dediyin kimidir. Sənə bir ər və ya başqa biri yaxınlaşmamış və özün də əsla zi­na­kar bir qadın olmamışsan. La­kin pak və uca Rəbbin belə buyurdu: "Atasız bir övlad yaratmaq Mə­nim üçün asandır. Uca Allah, sənə bəxş edilən bu övladı insanlar üçün Allahın qüdrətinə dəlalət edən bir mö­cüzə, sənə və ona iman edənlərə isə bir mərhəmət edə­cəkdir. Övladının belə xəlq edilməsi əvvəlcədən uca Allah tərəfindən əzəldən müəyyən edilmiş və Lövhi-məh­­fuz­da yazılmış bir iş­dir!"