وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ لَيَقُولُنَّ ٱللَّهُۚ قُلِ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ٢٥
Wala'in sa'altahum man khalaqas-samāwāti wal-arda layaqūlunnallāhu qulil-hamdu lillāhi bal aktharuhum lā ya'lamūn
Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar mütləq: “Allah!”– deyəcəklər. De: “Həmd, Allaha məxsusdur!” Lakin onların çoxu (bunu) bilməz.
Təfsir
Ey Peyğəmbər! Əgər sən o müşriklərdən: “Göyləri və yeri kim yaradıb?”– deyə soruşsan, onlar mütləq: “Onları Allah yaradıb!”– deyəcəklər. Onlara de: “Həmd, sizə dəlil-sübut göstərən Allaha məxsusdur!” Lakin onların əksəriyyəti, cahil olduğu üçün həmdin kimə məxsus olduğunu bilmir.