وَٱقۡصِدۡ فِي مَشۡيِكَ وَٱغۡضُضۡ مِن صَوۡتِكَۚ إِنَّ أَنكَرَ ٱلۡأَصۡوَٰتِ لَصَوۡتُ ٱلۡحَمِيرِ ١٩
Waqsid fī mashyika waghdud min sawtika inna ankaral-aswāti lasawtul-hamīr
Yerişində həddi gözlə, (danışanda) səsini alçalt. Çünki ən çirkin səs uzunqulaq səsidir”.
Təfsir
Yerişində həddi gözlə - nə tələsərək, nə də lap asta yeri - vüqarlı olduğunu göstər, səsini qaldırma, yüksək səslə danışıb kimsəyə əziyyət vermə. Çünki ən çirkin səs, yüksək səsi olan uzunqulaq səsidir.”