الٓرۚ كِتَٰبٌ أَنزَلۡنَٰهُ إِلَيۡكَ لِتُخۡرِجَ ٱلنَّاسَ مِنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ بِإِذۡنِ رَبِّهِمۡ إِلَىٰ صِرَٰطِ ٱلۡعَزِيزِ ٱلۡحَمِيدِ ١
Alif Lām Rā kitābun anzalnāhu ilayka litukhrijan-nāsa minaz-zulumāti ilan-nūri bi idhni rabbihim ilā sirātil-'azīzil-hamīd
Əlif. Ləm. Ra.1 (Bu,) insanları öz Rəbbinin izni ilə zülmətlərdən nura – Qüdrətli, Tərifəlayiq (Allahın) yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır.
Haşiyələr
1 Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.
Təfsir
﴾Əlif. Ləm. Ra﴿. Bu ayə ilə əlaqəli açıqlama əl-Bəqərə surəsinin əvvəlində keçmişdir. Ey Peyğəmbər! Bu Quran, Allahın istəyi və köməyi ilə insanları küfr, cəhalət və zəlalət çirkabından, iman, elm və hər bir şeydə həmd-sənaya layiq, kimsənin qalib gələ bilməyəcəyi İzzət sahibi olan Allahın yoluna, İslam dininə çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır.