وَكَذَٰلِكَ أَخۡذُ رَبِّكَ إِذَآ أَخَذَ ٱلۡقُرَىٰ وَهِيَ ظَٰلِمَةٌۚ إِنَّ أَخۡذَهُۥٓ أَلِيمٞ شَدِيدٌ ١٠٢
Wakadhālika akhdhu rabbika idhā akhadhal-qurā wahiya zālimatun inna akhdhahū alīmun shadīd
Rəbbin, haqsızlıq edən məmləkətləri yaxaladığı zaman belə yaxalayır. Onun cəzası, həqiqətən də, ağrılı-acılıdır, şiddətlidir.
Təfsir
Allah, Öz göndərdiyi peyğəmbərləri yalan sayan məmləkətləri hər zaman və hər məkanda belə yaxalayıb, yox etmişdir. Həqiqətən də, Onun zalim bir məmləkəti yaxalaması olduqca çox üzücüdür və şiddətlidir.