Ghafir surəsi, ayə 83

40:83

فَلَمَّا جَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَرِحُواْ بِمَا عِندَهُم مِّنَ ٱلۡعِلۡمِ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٨٣

Falammā jā'athum rusuluhum bil-bayyināti farihū bimā 'indahum minal-'ilmi wahāqa bihim mā kānū bihī yastahzi'ūn

Peyğəmbərləri onlara açıq-aydın ayələr gətirdikdə özlərində olan elmə sevindilər və beləliklə, istehza etdikləri (əzab) onları bürüdü.

Təfsir

Peyğəmbərləri onlara açıq-aydın dəlillər gətirdikdə, onlar bu dəlilləri təkzib etdilər, üstəlik, peyğəmbərlərinin gətirdiyi risalətə zidd olan, özlərindəki elm ilə kifayətlənməyə üstünlük verdilər. Beləliklə, özlərinin istehza etdiyi, peyğəmbərlərinin də onları qorxutduğu əzab onları yaxaladı.