Ghafir surəsi, ayə 8

40:8

رَبَّنَا وَأَدۡخِلۡهُمۡ جَنَّٰتِ عَدۡنٍ ٱلَّتِي وَعَدتَّهُمۡ وَمَن صَلَحَ مِنۡ ءَابَآئِهِمۡ وَأَزۡوَٰجِهِمۡ وَذُرِّيَّٰتِهِمۡۚ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٨

Rabbanā wa adkhilhum jannāti 'adninil-latī wa'attahum waman salaha min ābā'ihim wa azwājihim wadhurriyyātihim innaka antal-'azīzul-hakīm

Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələrindən və nəsillərindən olan əməlisaleh kimsələri də, onlara vəd etdiyin Ədn cənnətlərinə daxil et. Həqiqətən, Sən Qüdrətlisən, Hikmət sahibisən.

Təfsir

Mələklər deyirlər: "Ey Rəbbimiz! Möminləri də, onların atalarından, zövcələ­rin­dən və övladlarından olan əmə­lisaleh kimsələri də, onlara vəd etdi­yin, içində əbədi qalacaqları Cən­nətlərə daxil et. Hə­qi­qə­tən, Sən Qüdrətlisən - heç kəsin Sənə gücü çatmaz, üstəlik, qədəri yazmaq və işləri idarə yoluna qoymaq xüsusunda Hikmət sahibisən.