هُوَ ٱلَّذِي خَلَقَكُم مِّن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ مِنۡ عَلَقَةٖ ثُمَّ يُخۡرِجُكُمۡ طِفۡلٗا ثُمَّ لِتَبۡلُغُوٓاْ أَشُدَّكُمۡ ثُمَّ لِتَكُونُواْ شُيُوخٗاۚ وَمِنكُم مَّن يُتَوَفَّىٰ مِن قَبۡلُۖ وَلِتَبۡلُغُوٓاْ أَجَلٗا مُّسَمّٗى وَلَعَلَّكُمۡ تَعۡقِلُونَ ٦٧
Huwal-ladhī khalaqakum min turābin thumma min nutfatin thumma min 'alaqatin thumma yukhrijukum tiflan thumma litablughū ashuddakum thumma litakūnū shuyūkhan waminkum man yutawaffā min qablu walitablughū ajalam musamman wala'allakum ta'qilūn
Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra sizi, böyüyüb yetkinlik yaşına çatasınız, daha sonra da qocalasınız deyə uşaq olaraq (ana bətnindən) çıxardan Odur. İçərinizdə (qocalmamışdan) əvvəl ölənlər də vardır. (Bütün bunlar) müəyyən olunmuş vaxta (ömrünüzün sonuna) yetişməniz və bəlkə, düşünüb anlamanız üçündür.
Təfsir
Atanız Adəmi torpaqdan xəlq edən, ondan sonra sizi nütfədən, sonra da laxtalanmış qandan yaradan, daha sonra sizi, böyüyüb yetkinlik yaşına çatasınız, daha sonra da qocalasınız deyə, körpə uşaq olaraq ana bətnindən çıxardan Odur. İçərinizdə qocalmamışdan əvvəl ölənlər də vardır. Bu ona görədir ki, Allahın əzəli elmində müəyyən olunmuş vaxta yetişəsiniz, nə yubanasınız, nə də zamanı qabaqlayasınız və bəlkə, Allahın qüdrətinə və vəhdaniyyətinə dəlalət edən bu dəlil-sübutlardan ibrət alasınız.