Ghafir surəsi, ayə 65

40:65

هُوَ ٱلۡحَيُّ لَآ إِلَٰهَ إِلَّا هُوَ فَٱدۡعُوهُ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَۗ ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ٦٥

Huwal-hayyu lā ilāha illā huwa fad'ūhu mukhlisīna lahud-dīnal-hamdu lillāhi rabbil-'ālamīn

O, (əbədi) Yaşayandır, Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur. Dini yalnız Ona məxsus edərək (Allaha ixlasla) dua edin. Həmd, Aləmlərin Rəbbi olan Allaha məxsusdur!

Təfsir

O, əbədi yaşayandır, ölməzdir, On­dan başqa ibadə­tə haqqı çatan mə­bud yox­dur. Allaha, yalnız Onun üzünü diləyərək, ibadət və dua edin. Allahın yaratdığı heç bir məxluqunu Ona şərik qoşmayın. Həmd, məxluqatın Rəbbi Allaha məxsusdur!