Ghafir surəsi, ayə 58

40:58

وَمَا يَسۡتَوِي ٱلۡأَعۡمَىٰ وَٱلۡبَصِيرُ وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَلَا ٱلۡمُسِيٓءُۚ قَلِيلٗا مَّا تَتَذَكَّرُونَ ٥٨

Wamā yastawil-a'mā wal-basīru walladhīna āmanū wa'amilus-sālihāti walal-musī'u qalīlam mā tatadhakkarūn

Korla görən, iman gətirib saleh əməllər edənlərlə pislik edən eyni olmaz. Necə də az düşünürsünüz!

Təfsir

Korla görən eyni deyil. Həmçinin, Allaha iman gəti­rən, Onun elçilərini təsdiqləyən və yaxşı iş­lər görənlərlə batil etiqada dalmaq və asilik etməklə pis iş görən kimsə eyni de­yil. Necə də az düşünürsünüz. Əgər düşünsəydiniz, bu iki dəstə arasındakı fərqi anlayar və Allahın rizasını qazanmaq üçün, iman gətirib yaxşı işlər görən kimsələrdən olmağa səy göstərərdiniz.