إِنَّ ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِ ٱللَّهِ بِغَيۡرِ سُلۡطَٰنٍ أَتَىٰهُمۡ إِن فِي صُدُورِهِمۡ إِلَّا كِبۡرٞ مَّا هُم بِبَٰلِغِيهِۚ فَٱسۡتَعِذۡ بِٱللَّهِۖ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ ٥٦
Innal-ladhīna yujādilūna fī āyātillāhi bighayri sultānin atāhum in fī sudūrihim illā kibrum mā hum bibālighīhi fasta'idh billāhi innahū huwas-samī'ul-basīr
Həqiqətən, özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin sinələrində (qəlblərində) bir təkəbbürlük vardır. Onlar heç vaxt buna çatmayacaqlar. (Ey Peyğəmbər!) Sən Allaha sığın! Həqiqətən, O, Eşidəndir, Görəndir.
Təfsir
Həqiqətən, əllərində heç bir dəlil-subut olmadan, Allahın ayələrinin batil olduğunu isbat etmək məqsədilə onlar barədə mübahisə edənləri buna vadar edən, yalnız böyüklük iddiası və haqqa qarşı təkəbbürlük göstərməkdir. Onlar heç vaxt istədikləri bu böyüklük arzusuna çatmayacaqlar. Ey Peyğəmbər, sən Allaha sığın! Həqiqətən, O, Öz qullarının dedikləri sözləri Eşidəndir və etdikləri əməlləri Görəndir. Bunlardan heç bir şey Ondan gizli qalmaz və O, bu əməllərin əvəzini onlara verəcəkdir.