لَا جَرَمَ أَنَّمَا تَدۡعُونَنِيٓ إِلَيۡهِ لَيۡسَ لَهُۥ دَعۡوَةٞ فِي ٱلدُّنۡيَا وَلَا فِي ٱلۡأٓخِرَةِ وَأَنَّ مَرَدَّنَآ إِلَى ٱللَّهِ وَأَنَّ ٱلۡمُسۡرِفِينَ هُمۡ أَصۡحَٰبُ ٱلنَّارِ ٤٣
Lā jarama annamā tad'ūnanī ilayhi laysa lahū da'watun fid-dunyā walā fil-ākhirati wa anna maraddanā ilallāhi wa annal-musrifīna hum ashābun-nār
Heç şübhəsiz ki, sizin məni (iman etməyə) çağırdıqlarınızın (bütlərin) nə dünyada, nə də axirətdə çağırılmağa (iman edilməyə) haqqı yoxdur. Dönüşümüz Allahadır. Həddi aşanlar isə Cəhənnəm əhlidirlər.
Təfsir
Həqiqətən də, sizin məni iman gətirməyə və itaət etməyə çağırdınız (bütlər) nə dünyada, nə də axirətdə çağırılmağa haqqı yoxdur və (bu bütlər) onlara dua edənlərə cavab verməyə qadir deyillər. Bizim hamımızın dönüşü yalnız Allahadır. Küfr və asilik etməklə həddi aşanlar, sözsüz ki, cəhənnəmlikdirlər. O kəslər ki, qiyamət günü ora əbədi olaraq daxil olacaqlar.